“Barselona” komandasının ulduzu Lamin Yamal “Selta” ilə oyun zamanı zədə alıb. Bu səbəbdən də futbolçu 1-ci hissənin sonunda meydanı tərk edib.

Hadisə Yamalın penaltini yerinə yetirməsi zamanı baş verib. Qolu bayram etmə əvəzinə gənc futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra onun oyunu davam etdirə bilməyəcəyi məlum olub.

Yamal arxa bud əzələsindən zədə alıb. Bu, onun ən azı 1 ay oynaya bilməyəcəyi deməkdir. Hətta bəzi versiyalara görə gənc ulduz Dünya çempionatının startını da buraxa bilər. Bu da İspaniya millisi üçün ciddi itkidir.

Shares: