Jurnalist Kristian Falkın sözlərinə görə, “Bayern” “Real” Madridv və “Mançester Siti”nin yarımmüdafiəçi Aleksandr Pavloviç üçün transfer təkliflərini rədd edib.

Mənbənin məlumatına görə, “Bayern” baş məşqçi Vinsent Kompaninin rəhbərliyi altında heyətdə özünü daimi oyunçu kimi təsdiqləyən 21 yaşlı alman futbolçu ilə ayrılmaqda maraqlı deyil.

Almaniya millisinin üzvü klubun gənclər sistemindən gəldikdən sonra 2023-cü ilin oktyabrında “Bayern”də debüt edib və onunla 2029-cu ilin iyununa qədər müqavilə bağlanıb.

2025/26 mövsümündə Pavloviç 39 matçda dörd qol vurub və bir məhsuldar ötürmə edib.

“Transfermarkt” onun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Shares: