“Karvan-Yevlax”ın müdafiəçisi Emin Rüstəmovun futbolinfo.az saytına müsahibəsi

  • “Şamaxı” ilə oyunda meydanı 3 xalla tərk etdiniz. Görüşü və nəticəni necə şərh edərdiniz?
  • Bizim üçün vacib oyun idi. Meydana yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Şükürlər olsun ki, bunu bacardıq.
  • Bu, ardıcıl ikinci qələbəniz oldu. Komandada nə baş verdi ki, “uğursuzluq zolağı”ndan çıxmağı və ardıcıl qalibiyyətlər əldə etməyi bacardınız?
  • Bu qələbələrə çox ehtiyacımız var idi. Bundan öncəki turlarda bunu etməyi bacarsaydıq, bizim üçün daha yaxşı, daha rahat olardı. Qarşıda hələ 5 tur var. Uğurlu seriyanın ardını gətirməyə çalışacağıq.
  • Növbəti matçınız səfərdə “Sabah”a qarşı olacaq. Güclü rəqiblə qarşılaşmada sürpriz etmək şansınız varmı?
  • Bizi səfərdə “Sabah”a qarşı ağır oyun gözləyir. Buna baxmayaraq, komanda şəklində əlimizdən gələni edəcəyik. Var gücümüzlə oynayacağıq ki, görüşdə xal qazanaq.
  • Mövsümün sonuna cəmi 5 tur qalıb və “Karvan-Yevlax” 11-ci pillədəki “Qəbələ”dən 5 xal geridədir. Necə düşünürsünüz, bu xal fərqini aradan qaldırmaq və liqada qalmaq mümkün olacaqmı?
  • 5 xallıq fərq çox deyil. Nəzərə alsaq ki, hələ “Qəbələ” ilə oyunumuz da qalıb, deməli, 5 tur ərzində bu fərqi aradan qaldırmaq mümkündür.
  • Razısınız ki, “Qəbələ” ilə 32-ci turda keçirəcəyiniz görüş hər iki tərəf üçün “6 xallıq matç” olacaq və məhz o oyun Premyer Liqanı kimin tərk edəcəyinə aydınlıq gətirəcək?
  • “Qəbələ” ilə matç çox çətin, ağır keçəcək. Amma onlarla evdə oynayacağıq. Azarkeşlərimizin dəstəyilə qələbə qazanmağa çalışacağıq.
  • “Karvan-Yevlax”la icarə müqaviləniz cari mövsümün sonuna qədərdir, transfer hüququnuz isə “Səbail”ə məxsusdur. Yayda karyeranızla bağlı hansı addımı atacaqsınız?
  • Hazırda icarə əsasında “Karvan-Yevlax”da çıxış edirəm. Bütün fikrimi buraya yönəltmişəm. Qarşıda hələ 5 tur var. Qərarımı çempionat bitəndən sonra verəcəyəm.

AĞA

Shares: