“Piza” və “Verona” İtaliya A Seriyasını tərk edib.

Dünən “Leççe”yə öz meydanında 1:2 hesabı ilə uduzan “Piza”nın növbəti mövsüm B Seriyasında oynayacağı dəqiqləşib. Bu komanda artıq 17-ci pilləyə yüksəlmək şansını itirib. Bu, klubun 1990/91 mövsümündən sonra yüksək liqadakı ilk ili idi.

“Leççe”nin qələbəsi səbəbindən “Verona” da artıq xilas ola bilməyəcək. 2019-cu ildən bəri A Seriyasında çıxış edən veronalılar da elitayla rəsmən vidalaşıb.

Shares: