Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının daha bir oyunu keçiriləcək. “Sabah” və “Abşeron Lions” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Bakı İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək. Xatırladaq ki, ilk görüşdə “Sabah” qalib gəlib – 98:93.
Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.





