İngiltərə Premyer Liqasının 35-ci turunda evdə “Nottingem Forest”ə uduzan “Çelsi” 33 il sonra antirektordunu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, “Stemford Bric”də rəqibinə 1:3 hesabı ilə məğlub olan zadəganlar cari mövsüm Premyer Liqada 6-cı məğlubiyyətini alıb.
London təmsilçisi sonuncu dəfə 1993-cü ildə eyni uğursuzluğu yaşayıb.
“Çelsi” son 6 oyununda cəmi 1 qol vurub və qapısından 14 qol buraxıb. Komanda turnir cədvəlində 48 xalla 9-cu pillədə yer alıb.






