İtaliyanın Baş naziri Corciya Meloni Yannik Sinnerin uğurlarına heyranlığını ifadə edib.
Xatırladaq ki, italyan tennisçi Madriddə qalib gəlməklə ardıcıl 5-ci “Masters” turnirində çempion olub. Bu da tarixdə ilk dəfə baş verən hadisədir.
Corciya Meloni bununla əlaqədar öz sosial şəbəkə hesabında paylaşım edib:
“Ardıcıl 5 “Masters” çempionluğu. Bunu hələ heç kim edə bilməmişdi. Yannik Sinner tarixi yenidən yazır və İtaliya idmanını zirvələrə qaldırır”, – deyə Baş nazir yazıb.






