Bilbao “Atletik”i Edin Terziçin baş məşqçi təyin olunduğunu rəsmən elan edib. Klubun mətbuat xidmətinin məlumatına görə, tərəflər 2028-ci ilin yayına qədər iki mövsümlük müqavilə imzalayıblar.
Terziçin son iş yeri Dortmund “Borussiya”sı olub və o, 2018-ci ildən 2024-cü ilə qədər köməkçi məşqçi, baş məşqçi və texniki direktor vəzifələrində çalışıb. Terziç daha əvvəl “Vest Hem” və “Beşiktaş”da da çalışıb.
2022-ci ildən bəri klubda çalışan Ernesto Valverde cari mövsümün sonunda komandadan ayrılacaq. Onun rəhbərliyi altında bilbaolular 192 oyunda 91 qələbə, 43 heç-heçə və 58 məğlubiyyətlə yadda qalıb.






