1-ci liqada 25-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün 3 matç baş tutub.
Lider “Şəfa” autsayder “Difai”nin qonağı olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. “Şəfa” qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirmək şansını əldən verib.
2-ci yerdəki “Səbail” isə “Zaqatala” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Səbail” lider “Şəfa” ilə xal fərqini dördə endirib.
“Şimal” – MOİK matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
1-ci liqa
25-ci tur
6 may
Şimal – MOİK 1:1
Qollar: A.Qla, 40 – S.Fərəcov, 85
Difai – Şəfa 0:0
Zaqatala – Səbail 0:3
Qollar: A.Almeyda, 20, 34, P.Rikardo, 81.






