“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 finala yüksəlib.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” B qrupunda keçirdiyi hər iki matçda qələbə qazanıb.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşanı 22:14, Çini isə 19:17 hesabı ilə üstələyib.

Azərbaycan təmsilçisi 1/4 final oyununda sabah Bakı vaxtı ilə saat 12:15 də Monqolustan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.

Shares: