UFC-də yarımorta çəki dərəcəsində hazırkı dünya çempionu (77,1 kq), 34 yaşlı İslam Maxaçov növbəti döyüşünə güləş üzrə iki olimpiya çempionu ilə hazırlaşır.
“Bu, ilk təlim-məşq toplanışıdır. Burada böyük bir komandamız var. Həmçinin olimpiya güləş çempionlarımız Tajudinov və Jamalov da buradadırlar”, – deyə Maxaçovun komandasından verilən açıqlamada qeyd edilir.
Rusiya doğulan və sonradan Özbəkistanı təmsil edən 27 yaşlı Razambek Jamalov sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində 2024-cü ilin olimpiya çempionudur.
Rusiya və Bəhreyni təmsil edən 23 yaşlı Əhməd Tajudinov 97 kq çəki dərəcəsində son olimpiya çempionu, 2023 və 2024-cü illərdə Asiya, 2023-cü il dünya və 2023-cü il Asiya oyunlarının çempionudur.
İslamın növbəti rəqibi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Onun döyüşü bu ilin iyul ayına planlaşdırılıb.






