Misli Premyer Liqasının 31-ci turu çərçivəsində mayın 10-u saat 19:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” matçının – paytaxt təmsilçisinin bu mövsüm sonuncu ev oyununun biletləri satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, “VIP Gold” sektoruna biletlərin qiyməti 5 AZN, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorlarına 3 AZN, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Shares: