Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. Cavab oyunlarından sonra finalçılar bəlli olacaq.
“Kristal Pelas” İngiltərədə “Şaxtyor”u qəbul edəcək. Ukrayna təmsilçisi ilk matçda 3:1 hesablı qələbə qazanan ingilislərdən səfərdə revanş almağa çalışacaq.
Digər qarşılaşmada “Strasburq” İspaniya təmsilçisi “Rayo Valyekano” ilə münasibətlərə aydınlıq gətirəcək. Fransızlar səfərdə yeganə qolla məğlub olmuşdu.
Hər iki görüş saat 23:00-da start götürəcək.
Xatırladaq ki, final matçı mayın 27-də Leypsiq şəhərində təşkil olunacaq.






