MBA-da pley-offda iki cütlükdə 2-ci oyunlar olub.

İlk oyunda qalib gələn “Nyu-York Niks” bu dəfə də qələbə qazanıb – 108:102. Nyu-York komandasında Brenson 26 xal toplayıb. “Filadelfiya Siksers”də də Maksinin hesabında 26 xal var.

Digər oyunda “San Antonio Spörs” ilə “Minnesota Timbervulvs” qarşılaşıb. Bu dəfə meydan sahibləri inamlı qələbə qazanıblar – 133:95. Vembanyama görüşü 19 xal və 15 ribaundla tamamlayıb. Kasl isə 21 xalla görüşdə komandasının qələbə qazanmasına ən çox pay verib. Bu oyundan sonra seriyada hesab bərabərləşib.

Shares: