Bu gün Misli Premyer Liqasında 31-ci tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, turun ilk günündə üz-üzə gələcək “Sabah”la “Kəpəz” 15-ci dəfə qarşılaşacaqlar.

Bakı klubu çempionluğu rəsmiləşdiribsə, gəncəlilər elitada qalmaq uğrunda mübarizə aparır. Aralarındakı statistik göstərici də tutduqları yerə uyğundur. Belə ki, çempionat çərçivəsində indiyə qədər baş tutan 14 görüşün 9-da “Sabah” qalib gəlibsə, bölgə klubu cəmi 2 qələbəyə sevinib. Top fərqində isə ikiqat fərq var – 32:16.

Komandalar arasında təşkil olunan son 2 matçda “Sabah” aktivinə 3 xal yazdırıb. “Kəpəz”in güclü rəqibi üzərində 2 qalibiyyətindən biri səfər meydanında reallaşıb. Bu, ötən mövsümün son dövrəsinə təsadüf edib. 2025-ci ilin aprelində keçirilən həmin matçda Gəncə komandası yeganə qol sayəsində Bakıdan 3 xalla ayrılmışdı.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Kəpəz oyunu saat 19:30-da başlayacaq.

Shares: