“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ yığmasına uduzub.
Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, “Neftçi” bu gün 1/4 finalda Monqolustan millisini məğlub edib – 21:11. Komanda ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına da qalib gəlmişdi.






