Bu gün Misli Premyer Liqasında 31-ci tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk oyunda “İmişli” Qubada “Zirə”ni qəbul edəcək. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.
Çempion “Sabah” isə bu gün “Kəpəz”lə qarşılaşacaq.
“Qəbələ” – “Qarabağ” və “Sumqayıt” – “Araz-Naxçıvan” oyunları mayın 9-da, “Turan Tovuz” – “Karvan-Yevlax” və “Neftçi” – “Şamaxı” görüşləri mayın 10-da keçiriləcək.
Misli Premyer Liqası
31-ci tur
8 may
“İmişli” – “Zirə” 0:0 (1-ci hissə)
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev.
Quba OİK stadionu, 16:30.
İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kaskilya.
Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 26. Stefan Akka, 4. Ruan Renato, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 11. Junior Martins.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 9. Davit Volkov, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.





