PSJ-nin baş məşqçisi Luis Enrike ad günündən əvvəl qeyri-adi qərarı ilə diqqət çəkib.
“Le Parisien” qəzetinin məlumatına görə, ispaniyalı ad gününü qeyd etmək üçün komandasını Parisdəki Zəfər Tağı yaxınlığında yerləşən “Prunier” restoranına dəvət edib. Qeyd edək ki, mütəxəssisin 56 yaşı tamam olur.
Lakin Enrike ziyafətdə özü iştirak etməyib və komanda ad gününü onsuz qeyd edib.
Məlumata görə, məşqçi belə etməklə oyunçuların Çempionlar Liqasının finalına çıxmaqdan zövq alması üçün şərait yaradıb.
Enrikenin seçdiyi restoran “Kürü Evi” adlanır və 1924-cü ildən bəri kürü həvəskarlarının toplaşdığı əfsanəvi bir məkan kimi tanınır.






