Azərbaycanın iki cüdoçusu bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.
1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək. 70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə sözügedən mərhələdə almaniyalı Miriam Butkereytlə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.






