Avroliqada “Dördlər finalı”nın daha bir iştirakçısı müəyyənləşib. Bir oyunda isə 5-ci oyun keçiriləcək.

Yunanıstanda keçirilən ikinci oyunda da qonaqlar qələbə qazanıblar. “Valensiya” evdəki 2 əğlubiyyətin əvəzini Afinada çıxa bilib. Bu dəfə oyun 89:86 hesabı ilə bitib.

İspaniya klubunda Montero 29 xal toplayıb. “Panatinaikos”un heyətində isə Türkiyə millisinin üzvü Cedi Osman 26 xal toplayıb. Beləliklə də, seriyanın qalibi gələn həftə İspaniya keçiriləcək oyunda bilinəcək.

Litvada keçirilən oyun isə seriyada sonuncu olub. 2 gün əvvəl qalib gələrək seriyanı uzadan “Jalgiris” bu dəfə overtaymda “Fənərbağça”ya uduzub – 90:94.

Meydan sahiblərində Silven Fransiski 23 xal və 11 ribaundla dabl-dabl edib. Qoanqlarda isə Ken Börç 21 xal və 13 ribaundla oynayıb.

Shares: