“Real”ın keçmiş baş məşqçisi Xabi Alonso keçən ilin yayında “Los Blankos”un təklifini qəbul etmək qərarını səhv hesab edir. Bu barədə o, yaxın ətrafına etiraf edib.
“Cadena Ser”in məlumatına görə, ispan məşqçi səhv vaxtda komandanı idarə etmək məcburiyyətində qaldığına görə təəssüflənir.
Xatırladaq ki, “Real” Alonso ilə müqaviləyə yanvarın 12-də xitam vermişdi.
Mənbənin məlumatına görə, Alonso yarımmüdafiəçilər Federiko Valverde və Aurelien Çuameni arasındakı dava vəziyyətlərilə qarşılaşmadığına görə özünü xoşbəxt hiss edir.
Hazırda 44 yaşlı mütəxəssis həm peşəkar, həm də şəxsi baxımdan onu qane edən bir təklif gözləyir. Alonso yenidən məşqçiliyə qayitmaq üçün tələsmir. Alonso üçün ən çox ehtimal olunan yerlər İngiltərə və ya Almaniya hesab olunur.






