Azərbaycan çempionu “Sabah”ın növbəti mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki qərarlaşacağı səbət müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Bakı klubu I raund səddini keçməyi bacarsa, növbəti mərhələdə səpələnməmişlərdə yer alacaq.

Valdas Dambrauskasın yetirmələrinin 5 potensial rəqibi də artıq məlumdur. Təmsilçimiz ÇL-də uğurlu debüt edə bilsə, II raundda “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Slovan” (Slovakiya), “Çelye” (Sloveniya)/“Ferensvaroş” (Macarıstan) cütündən biri və ya “Omoniya” (Kipr) ilə qarşılaşa bilər.

“Orxus” (Danimarka), “Tyun” (İsveçrə) və “Myölbü” (İsveç) II təsnifat mərhələsinə səpələnməmişlərdə başlayacağı üçün “Sabah”a rəqib olmayacaqlar.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü oyunun 16-da, II raundun püşkü isə ertəsi gün atılacaq.

Shares: