“Sabah” “qızıl dubl” edən 5-ci Azərbaycan klubu olub.

Futbolinfo.az saytının məlumatına görə, qəsəbə təmsilçisi ölkə kubokunun finalında “Zirə”ni məğlub edərək bunu bacarıb. Misli Premyer Liqasında çempionluğu öncədən təmin edən Valdas Dambrauskasın yetirmələri Azərbaycan Kubokunda da bütün rəqiblərini üstələyib.

“Sabah”a qədər “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Xəzər Lənkəran” da “qızıl dubl” etməyi bacarmışdı.

5 komanda ümumilikdə 11 dəfə bunu reallaşdırıb. “Qarabağ” 5 dəfə mövsümü hər iki turnirin qalibi kimi tamamlayıbsa, “Neftçi” 3 dəfə bunu bacarıb. “Kəpəz”, “Xəzər Lənkəran” və “Sabah”da isə bu say 1-ə bərabərdir.

“Qızıl dubl”lar:

1993 – “Qarabağ”

1995/96 – “Neftçi”

1997/98 – “Kəpəz”

2003/04 – “Neftçi”

2006/07 – “Xəzər Lənkəran”

2012/13 – “Neftçi”

2015/16 – “Qarabağ”

2016/17 – “Qarabağ”

2021/22 – “Qarabağ”

2023/24 – “Qarabağ”

2025/26 – “Sabah”

Shares: