“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına bu gün yekun vurulacaq. Tərtərdə start götürən V mərhələ Xankəndidə başa çatacaq.

Velosipedçilər Ağdam, Füzuli və Şuşadan keçməklə 181,3 kilometr məsafəni qət edəcəklər.

İlk mərhələdə finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün “Astana”nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə “Astana”nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın “Bardiani CSF 7 Saber” komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Turnirin mükafat fondu 50 000 avrodan çoxdur.

Shares: