Basketbol üzrə Avroliqa turnirində “Dördlər Finalı”nın son iştirakçısı da müəyyənləşib.
İspaniyada keçirilən ilk iki oyunda məğlub olan “Valensiya” Yunanıstanda “Panatinaikos”un qalib gəlməsinə imkan verməyərək seriyada hesabı bərabərləşdirmişdi. Həlledici 5-ci oyunda da ispanlar doğma arenada Ergin Atamanın komandasına aman verməyib. Oyun 81:64 (14:10; 21:13; 21:27; 25:14) hesabı ilə “Valensiya” komandasının xeyrinə başa çatıb.
Beləliklə, İspaniya klubu son yarımfinalçı olub. Qeyd edək ki, “Dördlər Finalı” Afinada, “Panatinaikos”un ev arenasında keçiriləcək.
İspaniya komandasının heyətində seneqallı müdafiəçi Branko Badio 20 xal, beş ribaund, iki məhsuldar ötürmə ilə ən yaxşı olub.
Yarımfinalda “Valensiya”nın rəqibi Madrid “Real”ı olacaq. Digər oyunda “Olimpiakos”la “Fənərbağça” qarşılaşacaq. Yarımfinal oyunları gələn cümə baş tutacaq.






