Milli Basketbol Assosasiyasında pley-off seriyasının bir oyunu keçirilib.
Şərq konfransının iki komandası – “Pistons” ilə “Kavalers” arasındakı oyunun taleyi overtaymda həll edilib. Qonaq komanda qalib gələrək (117:113) seriyada önə keçib.
Meydan sahiblərinin heyətində Keyd Kanningemin 39 xalı yetərli olmayıb. Qonaqlarda isə Harden 30 xal toplayıb.
Beləliklə, Klivlenddə keçiriləcək 6-cı oyunda qalib gələcəyi təqdirdə “Kavalers” “Detroyt Pistons”u mübarizədən kənarlaşdıracaq. Qeyd edək ki, cütün qalibi “Nyu-York Niks”lə qarşılaşacaq.






