Dünən İtaliyanın paytaxtında futbol üzrə ölkə kubokunun final görüşü keçirilib. “Latsio”ilə “İnter” arasındakı görüş Milan komandasının qələbəsi ilə başa çatıb – 2:0.

Bu oyunda azarkeşlərin fişəng atması, tüstü buraxan fayerlərdən istifadə etməsi digər turnirinin keçirilməsinə mane törədib.

Xatırladaq ki, bu günlərdə Romada tennis üzrə “Masters” turniri davam edir. Həmin vaxt kortda Luçano Darderi ilə Rafael Xodar oynayıblar. Tüstünün kortun üstünə gəlməsi və meydançanı əhatə etməsi görüntüdə çətinlik yaradıb. Avtomatik aut sisteminə əngəl törətdiyinə görə hakim görüşü dayandırmalı olub.

Əlavə edək ki, bu oyunda italiyalı Luçano Darderi ispan Xodara 3 setdə qalib gələrək yarımfinala yüksəlib.

576abc14 7bcf 4257 b35b a5311bce8420 - Futbolinfo.az
Shares: