Dünyanın ən qədim qəzetlərindən olan “The Telegraph” bütün dövrlərin ən yaxşı Formula 1 pilotlarının reytinqini dərc edib.
Birinci mərhələdə jurnalistlər ya titul, ya ən azı 7 Qran-Pridə qələbə qazanan, ya da ən azı 10 startın 15%-dən çoxunda qalib gələn 51 pilotu müəyyən ediblər.
Daha sonra portal onların arasından 20 pilotu seçib. Ardınca isə onları titullar, qələbələr, poul mövqeləri, bütün yarışlardakı qələbələrinin faizi və poul mövqeləri, karyeralarının müddəti və digər obyektiv və subyektiv göstəricilərə əsasən sıralayıblar.
Beşqat Formula 1 çempionu Xuan Manuel Fanxio nəticədə birinci yeri tutub, ilk üçlüyə isə tarixin ən çox mükafat qazanan pilotları Mixael Şumaher və Lyuis Hamilton daxil ediliblər. Ayrton Senna Alen Prostu keçərək 5-ci, Maks Ferstappen yeddinci, Sebastyan Fettel 13-cü, Fernando Alonso isə 15-ci yeri tutub.
Bütün zamanların ən güclü Formula 1 sürücüləri:
1. Xuan Manuel Fanxio
2. Mihael Şumaxer
3. Lyuis Hamilton
4. Cimi Klark
5. Ayrton Senna
6. Alen Prost
7. Maks Ferstappen
8. Ceki Stüart
9. Niki Lauda
10. Alberto Askari
11. Naycel Mensell
12. Cek Brebhem
13. Sebastyan Fettel
14. Stirlinq Moss
15. Fernando Alonso
16. Mika Hakkinen
17. Nelson Pike
18. Niko Rosberq
19. Deymon Hill
20. Qrehem Hill






