Milli komandamızın üzvü Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb. 13-cü tur çərçivəsindəki rəqib “Nyu York Red Bullz” olub.
“Kolumbus Kryu” səfərdə 2:3 hesabı ilə uduzub. Qonaqların qollarını Maks Arfsten və Dieqo Rossi vurub.
Nəriman 85-ci dəqiqədə – oyunda bütün qollar vurulandan sonra meydana daxil olub.
“Kolumbus Kryu” hazırda Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cü sıradadır.






