“Mançester Yunayted”, “Real” və İngiltərə milli komandalarının keçmiş yarımmüdafiəçisi Devid Bekhem Britaniyanın ilk idman milyarderi olub.

Keçmiş futbolçu “Sunday Times” qəzetinin 2026-cı il üçün Britaniyanın ən varlı insanların siyahısına daxil edilib. Siyahını  tərtib edənlərin məlumatına görə, Devid və həyat yoldaşı Viktoriyanın ümumi sərvəti bu il milyard funt sterlinq həddini keçərək 1,185 milyarda çatıb.

İngiltərə millisinin keçmiş kapitanı MLS klubu “İnter Mayami”nin həmtəsisçisidir. Klubun ümumi dəyəri 1,45 milyard dollardır. Bu da liqada ən yüksək göstəricidir.

“Milan”, PSJ və “Los Anceles Qalaksi” klublarında da oynamış Devid Bekhem “Adidas” və “Hugo Boss” kimi nəhəng şirkətlərin səfiri kimi böyük məbləğlər qazanıb.

Shares: