Misli Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Şamaxı” evdə “Turan Tovuz”la qarşılaşacaq. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.
“Qarabağ” isə “İmişli”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Emin Əliyev olacaq.
Hər iki oyuna eyni saatda start veriləcək.
Daha öncə “Karvan-Yevlax” “Qəbələ”yə uduzub (1:2), “Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəlib (2:0). “Zirə” – “Sumqayıt” və “Sabah” – “Neftçi” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
32-ci tur
16 may
17:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev.
Şamaxı şəhər stadionu.
17:00. “Qarabağ” – “İmişli”
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
Tofiq Bəhramov adına Respublika stadionu.






