“Əl-Nəsr”in baş məşqçisi Jorje Jezuş mövsüm bitən kimi komandadan ayrılacaq. Bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

71 yaşlı mütəxəssis artıq klub rəhbərliyini məlumatlandırıb. O, Səudiyyə Ərəbistanındakı işini başa vurmaq və karyerasını başqa ölkədə davam etdirmək niyyətindədir.

Hazırda “Əl-Nəsr” çempionluq uğrunda mübarizəni davam etdirir. Növbəti turda qələbə komandanı qızıl medallara qovuşduracaq.

Jezuşun əvvəllər işlədiyi “Fənərbağça”ya dönüşü mümkündür. Türkiyə klubu məşqçiyə mövsümə görə təxminən 15 milyon avro maaş nəzərdə tutan müqavilə təklif etməyə hazırdır. Bu, onun məşqçilik karyerasındakı ən böyük müqavilə ola bilər.

Shares: