“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 32-ci turunda “Turan Tovuz”a qalib gəldikləri matçdan (3:2) sonra oyun barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi güclü rəqibə qarşı uğursuz seriyanın qırıldığını qeyd edib:
“Evdəki son oyunumuz idi və azarkeşlərimizin qarşısında xal qazanmaq istəyirdik. Güclü rəqibə qarşı oynadıq. “Turan Tovuz”a Konfrans Liqasında uğurlar arzulayıram. Əsas məqsədimiz turnir cədvəlindəki yerimizi qorumaq idi. “Turan Tovuz”la gərgin və maraqlı oyunlarımız olsa da, qalib gələ bilmirdik. Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirəm. Qarşıda cəmi bir oyunumuz qalıb. Bundan sonrakı fəaliyyətində “Şamaxı” klubuna uğurlar arzulayıram”.






