Misli Premyer Liqasının cari mövsümündə oyunların 90 dəqiqəsinin hər birində qol qeydə alınıb.

Futbolinfo.az saytının məlumatına görə, son olaraq 10-cu dəqiqədə də komandalardan biri mərkəzə dəvət olunub.

32-ci turun “Şamaxı” – “Turan Tovuz” oyununda meydan sahiblərinin futbolçusu Arsen Ağcabəyov 10-cu dəqiqədə hesabı açıb. Beləliklə, cari mövsüm matçlarda 90 dəqiqənin hamısında qol qeydə alınıb.

Komandalar ən çox 55-ci dəqiqədə seviniblər. Belə ki, qarşılaşmalarda 11 dəfə məhz bu dəqiqədə qol vurulub. 54, 65 və 79-cu dəqiqələrdə isə 10 top qeydə alınıb.

Shares: