“Fiorentina” ötən ilin noyabr ayında istefaya göndərdiyi baş məşqçi Stefano Pioli ilə müqavilənin ləğv edildiyini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtaliya klubunun yaydığı açıqlamada bildirilib: “Stefano Piolinin Florensiyaya qayıtdıqdan sonrakı həvəsi və klubda və azarkeşlər arasında qazandığı populyarlıq, təəssüf ki, hamımızın ümid etdiyi nəticələri vermədi. İndi isə “Fiorentina” və Stefano Pioli arasında müqavilənin ləğvi barədə razılıq əldə edilib. Stefano Pioliyə karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq”.
Pioli ötən yay “Fiorentina”nın baş məşqçisi təyin edilmiş, lakin noyabrda vəzifəsindən azad edilmişdi. Bu müddət ərzində komanda ilə 14 oyun keçirib, 6 məğlubiyyət alıb, 4 dəfə heç-heçə və 4 qələbə qazanıb.






