“Barselona” baş məşqçisi Hans-Dieter Flikin müqaviləsini 2028-ci ilə qədər uzadıb. Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat verib.

Müqaviləyə əlavə bir mövsüm üçün seçim də daxildir.

61 yaşlı alman mütəxəssis 2024-cü ilin may ayında “Barselona”ya rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda iki dəfə İspaniya liqası və Superkubokunu, eləcə də bir dəfə İspaniya Kubokunu qazanıb.

2021-ci ilin avqustundan 2023-cü ilin sentyabrına qədər Flik Almaniya milli komandasını çalışdırıb. O, həmçinin “Bayern”, “Bammental” və “Hoffenhaym”da da işləyib.

Shares: