Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kamandan Oxatma Federasiyasının XX Konqresində Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) baş katibi Fərid Xəlilov komitə üzvü seçilib.

Futbolinfo.az xəbər verir ki, o, səsvermənin ilk turunda tələb olunan səs sayını toplayaraq qurumun komitəsinə seçilən ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb.

Konqresdə Avropanın 38 ölkəsinin nümayəndələri iştirak ediblər.

Konqres çərçivəsində kamandan oxatmanın inkişafı, komitələrin fəaliyyəti və təşkilatın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan üçün əsas hadisə AKOF-un baş katibi Fərid Xəlilovun veynəlxalq qurumun İnkişaf və Texniki Komitəsinə seçilməsi olub. Bu komitə iştirakçı ölkələr arasında kamandan oxatmanın inkişafı və texniki istiqamətləri üzrə fəaliyyət göstərir.

Konqres çərçivəsində həmçinin federasiya rəhbərliyinə seçkilər keçirilib. Təşkilata 20 il rəhbərlik edən Mario Skarzella prezident postunu tərk edib. Onun yerinə isə daha əvvəl qurumun vitse-prezidenti vəzifəsində çalışmış Hakan Çakıroğlu (Türkiyə) seçilib.

Shares: