“Neftçi”nin yarımmüdafiəçisi İfeanyi Metyunun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 32-ci turunda “Sabah”ı 2:1 hesabı ilə uddunuz və Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazandınız…

– Oyuna qələbə üçün çıxmışdıq. Niyyətimiz qalib gəlmək idi. Meydana çıxdıq və sona qədər mübarizə apardıq. Əlbəttə ki, qələbədən və avrokuboklara getməkdən məmnunuq.

– Qələbə qolunun müəllifi oldunuz və kifayət qədər baxımlı qol vurdunuz…

– “Neftçi”dəki ən vacib qolumu məhz bu matçda vurdum.

– Artıq bundan sonra Konfrans Liqası və orada uğurlu olmaq barədə düşünəcəksiz. Bacaracaqsız?

– Əlbəttə, uğurlu olmaq istəyirik. Amma hələ son oyunumuz var. “Kəpəz”lə səfərdə qarşılaşacağıq. Bundan sonra istirahətə yollanacağıq. Qayıdanda artıq məşqlərimizi bərpa edib bütün fikrimizi oyunlara yönəldəcəyik.

– Yanvarda heç kəs “Neftçi”nin Konfrans Liqasına vəsiqə qazanacağına inanmırdı. Komanda 7-8-ci pillələr arasında qalmışdı. Nə baş verdi?

– Bəlkə də çox adam buna inanmırdı. Amma biz komanda olaraq özümüzə arxayın idik, inanırdıq ki, nəyisə dəyişə bilərik. Azarkeşlərimiz də yanımızda idi, onlar da uğur qazanacağımıza inanırdılar. Nəticədə biz birlikdə bunu bacardıq.

– “Neftçi”də qalacaqsız?

– Müqaviləm var və qalacam.

– Növbəti mövsüm “Neftçi”ni çempionluq mübarizəsində görmək mümkün olacaq?

– Hamımız bunu istəyirik. Yaxşı heyətimiz, yaxşı məşqçilərimiz var. Biz mütləq növbəti mövsüm çempionluq üçün mübarizə aparacağıq.

– Bu mövsümün son turlarında həm “Qarabağ”a qalib gəldiniz, həm də “Sabah”dan üstün oldunuz…

– “Sabah”a qalib gəlmək əlbəttə ki, yaxşıdır. Çünki onlar Azərbaycan çempionudurlar, yaxşı komandadırlar. Biz bütün rəqiblərimizə hörmət edirik. Amma biz də “Neftçi”yik. Layiqli şəkildə qələbə qazandıq. Onlara qalib gəldiyimiz üçün sevinciliyik.

– Son turda səfərdə formal matçda “Kəpəz”lə qarşılaşacaqsız. Sizin üçün bu oyunda oynamaq çətin olmayacaq? Həm də uzaq Yevlax səfərinə gedirsiz…

– Biz hər oyuna qələbə üçün çıxacağıq. “Kəpəz”lə matçda da qalib gəlmək istəyirik.

– Əvvəllər daha çox meydanda olurduz, amma son turlarda sonradan meydana girirsiz. Bunun səbəbi nədir?

– Bu məşqçilər heyətinin qərarıdır. Onlar mənə dincəlmək üçün şərait yaradırdılar. Məşqçilərin qərarına hörmət edirəm və düşünürəm ki, necə faydalı oluramsa, o zaman da meydana girirəm.

AĞA

Shares: