Tennis üzrə mövsümün ikinci böyük yarışı olan “Rolan Qarros” turnirinə start verilir. Artıq idmançılar hazırlıq üçün Parisə gəlirlər.

Fransa paytaxtında turnirlər bağlı maraqlı hadisə baş verib. Dünya reytinqinin lideri Arina Sabalenka yarışlara Eş adlı iti ilə gəlib. Təşkilatçılar məşhur itə akkreditasiya da veriblər.

Əlavə edək ki, Sabalenka bu vaxta qədər Parisdə çempion olmayıb. Keçən həftə başa çatan Romadakı “Masters”də belaruslu tennisçi 3-cü mərhələdə məğlub olub.

Shares: