İspaniya milli komandasında dünya çempionatı üçün “Barselona”nın zədələnən yarımmüdafiəçisi Fermin Lopesin yerinə üç oyunçu namizəddir. Tanınmış insayder Rəşad Rəhmanın X sosial media platformasında verdiyi məlumata görə, namizədlər arasında “Monako”dan Ansu Fati, “Vilyarreal”dan Alberto Moleyro və “Betis”dən mərkəz yarımmüdafiəçisi Pablo Fornals var.

Xatırladaq ki, “Barselona”nın La Liqada 37-ci turda “Betis”lə görüşdə Fermin Lopes sağ ayağından zədə alıb. Futbolçunun əməliyyata ehtiyacı var.

İspaniya millisinin Dünya Çempionatı üçün yekun heyəti mayın 25-də açıqlanacaq. Mediada yayılan xəbərlərə görə, müdafiəçi Dani Karvaxal və hücumçu Alvaro Morata da turniri buraxmalı olacaqlar.

Shares: