UEFA Slovakiyanın qadın komandasının keçmiş məşqçisi Petr Vlahovskini ömürlük cəzalandırıb. Bu barədə “The Athletic” qəzetinin məlumat verib.
Mənbənin məlumatına görə, cəza çexiyalı məşqçinin hamamda qadın oyunçuları çəkməsinə görə verilib.
UEFA həmçinin FİFA-ya müraciət edərək Vlahovskiyə qarşı oxşar sanksiyalar tətbiq etməyi və onun məşqçilik lisenziyasını ləğv etməyi xahiş edib.
“The Athletic” qəzetinin məlumatına görə, bu ilin aprel ayında Vlahovskinin çantasında komandasının oyunçularını gizlicə çəkmək üçün mini kamera aşkar edilib. O, həm məşqdən, həm də oyunlardan əvvəl və sonra futbolçuların soyunma otaqlarında duş qəbul etməsini, eləcə də paltar dəyişməsini lentə alıb.






