AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 32-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz”unn 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Sabah” komandasının 20 nömrəli futbolçusu Coy Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyun cəza alıb, “Sabah” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Neftçi” komandasının 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Neftçi” komandası 500 manat cərimə edilib.

Shares: