AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda 1-ci liqnın 26-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Şahdağ Qusar” oyununda “Səbail” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.
“Səbail” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.
“Şəfa” – “Cəbrayıl” oyununa təhlükəsizlik nümayəndəsi təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” komandası 600 manat cərimə edilib.
“Şəfa” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilib.






