Basketbol üzrə Avroliqa turnirində yarımfinal oyunları keçirilib.

İlk olaraq meydançaya “Olimpiakos” ilə “Fənərbağça” komandaları çıxıblar. Afinada keçirilən qarşılaşma yunan komandasının inamlı qələbəsi ilə başa çatıb – 79:61.

Görüşdə ən çox xalı qonaq komandanın oyunçusu Tarik Biberoviç toplayıb. Onun aktivində 17 xal var. “Olimpiakos”da isə Saşa Vezenkov 16 xalla oynayıb.

Digər oyunda iki ispan komandası üz-üzə gəlib. “Valensiya” və “Real” arasında keçirilən qarşılaşmada Madrid təmsilçisi üstün oyun nümayiş etdirib. 105:90 hesabı ilə qalib gələn “Real” finalda “Olimpiakos”un rəqibi olub.

Qeyd edək ki, final oyunu bazar günü Bakı vaxtilə saat 22:00-da başlayacaq.

Shares: