Konqo Demokratik Respublikasının (DR) futbol üzrə milli komandası 2026-cı ilin dünya çempionatından kənarlaşdırıla bilər. ESPN-in yaydığı məlumata görə, buna ölkədə Ebola epidemiyasının yayılması səbəb olub.
ABŞ-nin dünya çempionatı üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culiani bildirib ki, komanda hazırda təlim-məşq toplanışları və yoldaşlıq oyunları keçirdiyi Belçikada 21 günlük karantindən keçməlidir. Onun sözlərinə görə, karantin olmadan komandanın ABŞ-yə və turnirə ev sahibliyi edən ölkələrə girişi məhdudlaşdırıla bilər.
Culiani tədbirlərin infeksiyanın yayılmasının qarşısını almağa və ABŞ-də ictimai səhiyyə təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulayıb.






