Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşaya qayıtmaq ehtimalı artır.
Futbolinfo.az saytı xəbər verir ki, 28 yaşlı hücumçu sabiq klubu “Legiya” ilə danışıqları intensivləşdirib.
Məlumata görə, hazırda Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Emrelinin meneceri “Legiya” rəhbərliyi ilə danışıq aparır. Başqa bir neçə variant olsa da, Mahir özü Varşava təmsilçisinə qayıtmağa müsbət yanaşır. O, Polşa klubunda müntəzəm çıxış edəcəyinə və əvvəlki formasını bərpa edəcəyinə inanır.
Qeyd edək ki, “Kayzerslautern”lə müqaviləsi 2027-ci ilin yayına qədər olan Mahir Emreli 2021-2022 mövsümünün ilk yarısını “Legiya”nın heyətində keçirib.






