Misli Premyer Liqasında sonuncu – 33-cü tur mövsümün ən məhsuldar 3-cü turu kimi yadda qalıb.

Futbolinfo.az xəbər verir ki, baş tutan 6 oyunda qapılara ümumilikdə 22 qol vurulub. Daha əvvəl 10-cu turda da eyni göstərici qeydə alınmışdı. 33-cü tur ən məhsuldar üçüncü göstəricinin təkrarlanması ilə diqqət çəkib.

Geridə qalan mövsümdə qol rekordu 8-ci turda yaşanıb. Belə ki, həmin vaxt qapılara 24 top vurulub. 26-cı tur isə 23 qolun qeydə alınması ilə yadda qalıb.

Qeyd edək ki, 2025-26 mövsümündə ümumilikdə 513 qol vurulub. Bunun 3-ü texniki nəticə kimi qeydə alınıb.

Shares: