Rusiyanın “SKA-Xabarovsk” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sergey Yuran çalışdıracaq.

56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Rusiyalı çalışdırıcı 2020 və 2022-ci illərdə də “SKA-Xabarovsk”un baş məşqçisi olub.

Xatırladaq ki, S.Yuran 2011/12-ci mövsümündə Azərbaycanda Zaqatalanın “Simurq” klubunu çalışdırıb.

Shares: