“Sumqayıt” baş məşqçisi Saşa İliçlə vidalaşıb. Bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.

Serb mütəxəssisin müqaviləsinin müddətinin baş çatdığı bildirilib. “Kimyaçılar” ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Sumqayıt” 2025/2026 mövsümünü 41 xalla yeddinci pillədə başa vurub.

Shares: