“Çelsi”nin keçmiş baş məşqçisi Enzo Mareska “Mançester Siti”də çalışacaq.
Fabrizio Romanonun məlumatına görə, 46 yaşlı italyan mütəxəssis 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. O, yeni mövsümdən əvvəl “Siti”nin transfer danışıqlarında da iştirak edəcək.
Xatırladaq ki, mayın 22-də “Mançester Siti” klubu mövsümün sonunda Xosep Qvardiolanın komandadan ayrılacağını açıqlayıb. İspaniyalı mütəxəssis 2016-cı ildən bəri klubun baş məşqçisi idi.






